Allahu Əkbər
islam dini  
 
  Kəlmeyi Şəhadət 10.05.2025 13:17 (UTC)
   
 

Kəlmeyi-şəhadət "Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu" deməkdir. Tərcüməsi: "Şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və yenə də şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir". Kəlmeyi-şəhadəti söyləməyin 130-a qədər faydası vardır  ki, onlardan 30-nu diqqətinizə çatdırıram...

Dünyada olan 5 fayda:

1. Adı gözəl çağrılar.

2. İslamın əmr və yasaqları özünə fərz olar.

3. Cəzadan və alçaldılmaqdan azad olar.

4. Allahu–təala ondan razı olar.

5. Bütün möminlər onu sevərlər.

Ölərkən olan 5 fayda:

1. Əzrail (a.s.) yanına gözəl surətdə gələr.

2. Ruhu yağdan tük çəkilən kimi alınar.

3. Cənnət qoxuları gələr.

4. Qarşısına müjdəçi mələklər gələr.

5. “Salam, ya mömin! Sən Cənnətliksən!” deyər.

Qəbirdə olan 5 fayda:

1. Qəbri geniş olar.

2. Münkir və Nəkir gözəl surətdə gələr.

3. Bir mələk ona bilmədiyini öyrədər.

4. Allah bilmədiyini yadına salar.

5. Cənnətdəki məqamını görər.

Ərəsətdə olan 5 fayda:

1. Sual və hesabı asan olar.

2. Kitabı sağından verilər.

3. Mizanda savabı ağır gələr.

4. Ərşin altında kölgələnər.

5. Sirat körpüsündən ildırım kimi keçər.

Cəhənnəmdə olan 5 fayda:

1. Cəhənnəmə girərsə, Cəhənnəm əhli kimi gözləri göy olmaz.

2. Şeytanla vuruşmaz.

3. Əllərinə atəşdən kərpic verilməz, boğazına zəncir vurulmaz.

4. Həmim suyundan içirilməz.

5. Əbədi Cəhənnəmdə qalmaz.

Cənnətdə olan 5 fayda:

1. Bütün mələklər ona salam verər.

2. Siddiqlər ilə dost olar.

3. Əbədi olaraq cənnətdə qalar.

4. Allahu-təala ondan razı olar.

5. Allahu-təalanın camalını görər.

Elə isə dilimizdən heç kəlmeyi-şəhadət əskik olmasın:

şhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu".

 
  islam
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  islam
  Facebook beğen
  Dinimiz
Dinimiz İslam dinidir
  Allahu Əkbər
La ilahə illallah
Bugün 8 ziyaretçi (10 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol