Allahu Əkbər
islam dini  
 
  Şeytan 10.05.2025 14:16 (UTC)
   
 

İblis (yunan dilindən diabolos) xristianlıqdaislamda və başqa dinlərdə şəxsləşdirilmiş acığın mənbəsi, Allahın və bəşəriyyətin əleyhdarı.

İblis oddan yaradılmış cinlərdən birinin adıdır. Bu barədə Qurani-Kərimdə deyilir: (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (təzim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür![1] Lakin sonradan o, Allahın torpaqdan yaratdığı Adəmə sitayiş etməkdən boyun qaçırmış və bunun üstündə səmadan yerə endirilmişdir.[2] Qisas almaq üçün o, ilanın köməyi ilə Adəmi vəHəvvanı tovlayıb cənnət ağaçının meyvəsi üçün qoyulan qadağanı pozmağa sövq etmiş və bu, onların cənnətdən qovulmasına səbəb olmuşdur. O vaxtdan bəri müxtəlif şər ruhların – şeytanların köməyi ilə İblis hər yerdə adamlara ziyan vurmağa və onları günaha məcbur etməyə çalışır.

Quranda Şeytan haqqında

Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır .[3]
Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər, Allah isə (əksinə) sizə bağışlanmaq və bərəkət və’dəsi verər. Allah (mərhəməti ilə) genişdir, (hər şeyi) biləndir.[4]
Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın![5]
"Ey Adəm övlаdlаrı! Şeytаn sizin аtа-аnаnızı Cənnətdən çıxаrdıb аyıb yerlərini özlərinə göstərmək üçün libаslаrını soyundurduğu kimi, sizi də аldаtmаsın. O və onun dəstəsi sizi, onlаrı görmədiyiniz yerdən görürlər. Həqiqətən, Biz şeytаnlаrı imаn gətirməyənlərin dostlаrı etdik." [6]
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?![7]
 
  islam
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  islam
  Facebook beğen
  Dinimiz
Dinimiz İslam dinidir
  Allahu Əkbər
La ilahə illallah
Bugün 18 ziyaretçi (20 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol