Allahu Əkbər
islam dini  
 
  İmam Əli 10.05.2025 13:16 (UTC)
   
 

Əli ibn Əbu Talib (ərəb. علي بن أﺑﻲ طالب‎‎; d.  13 rəcəb H.Q.t.-dən 22 və ya 16 il əvvəl — 21 ramazan 40; M. 17 iyul 600[1][2],20 sentyabr 601 və ya 17 iyul 607 — 27 yanvar 661) - İslam dinində, Sünnilikdə sonuncu peyğəmbər Məhəmməd ibn Abdullahınsəhabəsi, Ərəb Xilafətinin IV xəlifəsi (656-661). Əbu Talibin oğlu. İslamı qəbul edən ilk kişi. Sünnilikdə Raşidi xəlifələrdən biri.Şiəlikdə Məhəmmədin Əhli-beytinin üzvü, səhabəsi və canişini, I imam və xəlifə, II məsum.[3]

Xüsusən Şiə mənbələri başda olmaqla İslami mənbələrə görə Əli Kəbədə dünyaya gələn yeganə şəxsdir. Atası Əbu Talib, anası isə Fatimə binti Əsəddir. Lakin əmisioğlu Məhəmməd tərəfindən himayə olunub və onun evində böyüyüb. Məhəmməd ilahi vəhy aldığını bildirdiyi zaman, Əli İslamı qəbul edən ilk kişi olmuş və həyatını bu dinə həsr etmişdir.

Əli Məhəmməddən sonra Mədinəyə köçmüşdür. Orada Əli Məhəmmədin qızı Fatimə ilə ailə həyatı qurmuşdur. Bundan sonra Əli Mədinədə Məhəmmədlə keçirdiyi 10 il ərzində, savaşlarda rəhbər kimi iştirak etmiş, bildiriş və əmrləri çatdırmış, demək olar ki, bütün müharibələrdə iştirak edərək fəal rol oynamışdır.

Əli Osman ibn Əffanın öldürülməsindən sonra səhabələr şurası tərəfindən xəlifə seçilmişdir. 661-ci ildə Kufə məscidində sui-qəsd nəticəsində öldürülmüşdür.

Müsəlman mədəniyyətində Əlinin özünəməxsus yeri vardır. Belə ki, o İslamda müdriklik, dürüstlük, igidlik, hörmət və s. rəmzidir. Xüsusən Sufizmdə Əli təfsir, fiqh və dini fikir sahələrində ən yüksək şəxs hesab olunur və o Məhəmmədin nəslinin davamçısı kimi qəbul edilir. Əli Fil ilinin 30-cu ilində (H.Q. təqvimindən 23 il əvvəl) Rəcəb ayının 13-ü[4] Məkkə şəhərində, Kəbədə[5][6][7] dünyaya gəlmişdir. Uşaqlığı Məkkədə əmisioğlu Məhəmmədin himayəsi altında keçmişdir. Bu haqda mənbələrdə belə qeyd olunur: Bir il Məkkədə аclıq üz vermişdi. Bu zаmаn Məhəmmədin əmisi Əbu Tаlib böyük bir аiləyə bаşçılıq edirdi. Оnlаrı çох çətinliklə dоlаndırırdı. Məhəmməd Bəni–Hаşimtаyfаsının vаrlılаrındаn оlаn digər əmisi Аbbаsа təklif etdi ki, Əbu Tаlibin dоlаnışığınа kömək etmək məqsədilə gedib hərəsi оnun bir uşаğını götürüb öz evində sахlаsın. Аbbаs Məhəmmədin bu təklifi ilə rаzılаşdı. Beləliklə də Аbbаs Cəfəri Məhəmməd isə Əlini öz öhdəsinə götürüb öz evlərinə аpаrdılаr. Əli Məhəmmədpeyğəmbər seçilənədək оnun evində qаldı. Məhəmməd peyğəmbərliyə seçildikdən dərhаl sоnrа Əli оnu qəbul edib оnа itаət etməyə bаşlаdı

İslamı qəbul etməsi

Məhəmməd 610-cu ildəm İslamı təbliğ etməyə başlayanda Əlinin 10 yaşı var idi. Əli hələ 10 yaşında olarkən İslamı qəbul etmişdir. İbn İshaq və digər bəzi tarixçilərə görə İslamı ilk qəbul edə kişi Əlidir. Lakin Təbəri və digər bəzi tarixçilərin fikrincə İslamı qəbul edən ilk kişi Zeyd və ya Əbu Bəkrdir. İddialara görə Əlinin İslamı qəbul edərkən 10 yaşının olması onun islamı qəbul edərkən uşaq olmasını göstərir


 
  islam
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  islam
  Facebook beğen
  Dinimiz
Dinimiz İslam dinidir
  Allahu Əkbər
La ilahə illallah
Bugün 7 ziyaretçi (9 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol